Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ərdoğan 7 ildən sonra Almaniyaya gedir

 

Ərdoğan 7 ildən sonra Almaniyaya gedir
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın 27-29 sentyabr tarixlərində Almaniyaya 3 günlük rəsmi səfəri çərçivəsində alman həmkarı Frank-Valter Ştaynmayer və Almaniya kansleri Angela Merkellə müzakirə edəcəyi mövzular açıqlanıb.
 Yenixeber.org: Bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, danışıqlar zamanı iqtisadi, təhlükəsizlik, müdafiə, mədəniyyət və sosial sahələrdə ikitərəfli münasibətlər, həmçinin, Almaniyada yaşayan türk cəmiyyətinin üzləşdiyi problemlər müzakirə olunacaq. Beynəlxalq gündəmlə bağlı müzakirələrdə isə ilk növbədə Suriyadakı vəziyyət, terrorizm və qanunsuz miqrasiya ilə mübarizə prioritet olacaq. Həmçinin vurğulanıb ki, Ərdoğanın Almaniyada keçirəcəyi görüşlərdə Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələr də danışıqlar predmetini təşkil edəcək. 

“Bu, son 7 il ərzində Türkiyə prezidentinin Almaniyaya ilk rəsmi səfəri olacaq. PrezidentƏrdoğanın Almaniyada bir sıra ictimai birliklərin nümayəndələri və nüfuzlu türk-alman şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcəyi gözlənilir. Bundan başqa, prezidentimiz Kölndəki məscidin açılışında iştirak edəcək”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, alman KİV-ləri Ərdoğanın Berlinə səfəri zamanı onun şərəfinə veriləcək rəsmi şam yeməyində Merkelin iştirak etməyəcəyini yazıblar. Almaniya xarici işlər naziri Hayko Maas da Ərdoğanın səfəri zamanı BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu Yorkda olacağından rəsmi ziyafətdə və Ərdoğanla işgüzar görüşlərdə iştirak edə bilməyəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam