Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb- FOTOLAR

    

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb - FOTOLAR
İtaliya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri Maria Elisabetta Kasellati ilə görüşüb.
Yenixeber.org: Senatın sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı səmimiyyətlə salamladı, Azərbaycan-İtaliya münasibətlərini, o cümlədən parlamentlərarası əlaqələri yüksək qiymətləndirdi. Senatın sədri son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində çox böyük nailiyyətlərin əldə olunduğunu vurğuladı. Maria Elisabetta Alberti Kasellati Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı İtaliya Senatında keçirilən konfransın əhəmiyyətinə toxunaraq qeyd etdi ki, Azərbaycan ötən əsrin əvvəllərində demokratiya, mütərəqqi ideyaların daşıyıcısı kimi mühüm addımlar atıb.



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirən Maria Elisabetta Alberti Kasellati dedi ki, Heydər Əliyev Fondu İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirir. Bütün bu işlərə görə Mehriban Əliyevaya minnətdarlığını bildirən Senatın sədri bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi.



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva səmimi görüşə görə təşəkkürünü bildirdi, Maria Elisabetta Alberti Kasellatinin bu yaxınlarda Senatın sədri kimi fəaliyyətə başlaması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Mehriban ƏliyevaAzərbaycan-İtaliya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun fəaliyyətinə verdiyi yüksək qiymətə görə İtaliya Senatının sədrinə minnətdarlığını ifadə etdi.



Görüşdə vurğulandı ki, İtaliya Prezidentinin bu ilin iyulunda Azərbaycana səfəri əlaqələrimizin səviyyəsinin göstəricisidir. Bu səfər çərçivəsində aparılan səmərəli danışıqlar əlaqələrimizin inkişafına mühüm töhfə verəcək. Söhbət zamanı İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyi bildirildi. 



Qeyd edildi ki, rəsmi Roma Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək dəyərləndirir. Vurğulandı ki, xalqlarımız arasındakı münasibətlərin yaxınlaşmasına töhfə verən İtaliya ilə Azərbaycan arasındakı mədəni əlaqələr də inkişaf edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam