Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Prezident Kralı və Vəliəhdi təbrik edib

 

Ölkə başçısı Kralı və Vəliəhdi təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.
Yenixeber.org: Məktubda deyilir: "Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Azərbaycan Prezidentİlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda da təbrik məktubu göndərib.

Məktubda deyilir: "Əlahəzrət,

Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza daim sülh və firavanlıq arzulayıram".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam