Redaktor seçimi
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Günün xəbəri

Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

 

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 21-də Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb. 

Yenixeber.org: Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri ona Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Müdafiə naziri Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində də uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Rusiya əlaqələrinin zəngin tarixə malik olduğunu deyən general-polkovnik Z.Həsənov bunun gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib. 

Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Rusiya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     

Ən çox oxunanlar