Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Keçmiş prezidentlər bayram tədbirlərinə dəvəti qəbul etməyiblər-Ermənistanda

 

 

Ermənistanın baş nazirinin dəvətinə baxmayaraq, keçmiş prezidentlərdən heç biri ölkənin müstəqilliyi ilə bağlı bayram tədbirlərinə qatılmayacaqlar.

Yenixeber.org: Ermənistan KİV-ləri xəbər verir ki, onlar bunu müxtəlif səbəblərə izah ediblər.

Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, ikinci prezident siyasi təqibə məruz qalır: “Ona görə də hesab edirəm ki, bu dəvət hökumət tərəfindən yaltaqlıqdır”.

Ofisi Serj Sarsyanın tədbirlərə qatılmayacağına şərh verməyib. Onun başçılıq etdiyi Respublikaçılar Partiyası da məsələyə münasibət bildirməyib. Hesab edirlər ki, Sarqsyan baş verənlərin hamısını sükutla qarşılamaq taktikasını seçib.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın ofisi də iştirak etməməklə bağlı məsələyə şərh verməyib.

Qeyd edək ki, sentyabrın 17-də Ermənistan hökuməti aparatının başçısı Eduard Ağacanyan “Azatyun”a (“Azadlıq” radiosunun erməni dilində redaksiyası) müsahibəsində Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanın müstəqillik günü ilə bağlı bayram tədbirinə dəvət ediləcəklərini demişdi. Sentyabrın 21-də Yerevanda və başqa şəhərlərdə bayram tədbirləri keçiriləcək.

Xatırladaq ki, Ermənistanda müstəqillik rəsmi olaraq 1991-ci il sentyabrın 23-də elan olunub. Sentyabrın 21-də isə müstəqilliklə bağlı referendum keçirilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam