Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Etimad İsmayılov sabah dəfn olunacaq

  

İstanbulda qətlə yetirilən iş adamı Etimad İsmayılovun cənazəsi bu gün axşam saatlarında Azərbaycana gətiriləcək.
 Yenixeber.org: Mərhumun cənazəsi Bakı vaxtı ilə saat 20:40-də Bakıya yola salınacaq. 


Vida mərasimi sabah saat 11:00-da sabiq deputat İlyas İsmayılovun bağ evində keçiriləcək, onun nəşi Nardaran qəbristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sabiq deputat, Ədalət partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov sentyabrın 19-da axşam saatlarında İstanbulda qətlə yetirilib. Qətldə şübhəli bilinən sabiq polis rəisi Gözəl Dəmirov əvvəlcə hadisə yerindən qaçmağa müvəffəq olsa da, gecə saatlarında keçirilən xüsusi əməliyyat nəticəsində Beşiktaş Etilər məhəlləsində ələ keçirilib. Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam