Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

İlham Əliyevdən İrəvana SONUNCU XƏBƏRDARLIQ:orduya konkret TAPŞIRIQLAR VERİLDİ

 

İlham Əliyevdən İrəvana SONUNCU XƏBƏRDARLIQ: orduya konkret TAPŞIRIQLAR VERİLDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın təxribatla məşğul olan baş naziri Nikol Paşinyana açıq mətnlə xəbərdarlıq etdi.

Yenixeber.org: Dövlət başçısı Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirdi ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz: “Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin Aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi”.

Dövlətimizin başçısı deyib: “Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar”.

Azərbaycan liderinin fikirlərini şərh edən politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirib ki, bu xəbərdarlıq təsadüfi deyil.



Onun sözlərinə görə, Paşinyan çıxışlarında Azərbaycanın və ölkə rəhbərliyinin ünvanına siyasi liderə yaraşmayan fikirlərdən istifadə edir: “Danışıqlar prosesinin davam etdirilməsinə qarşı çıxır, Ermənistanı müharibə məsuliyyətindən azad etməyə çalışır və Qarabağdakı separatçıları danışıqlar masasına gətirməyə cəhd edir. Bildirir ki, Azərbaycan Qarabağdakı separatçılarla danışıqlar aparmalıdır, çünki onlar ayrıca “respublikadır” və Ermənistan bu “respublika”nın işinə qarışmır. Digər tərəfdən isə öz oğlunu işğal altındakı ərazilərə hərbi xidmətə göndərir və bununla fəxr edir. Bununla yanaşı, Azərbaycanın daxili işinə qarışmaq cəhdləri edir və özünü gülməli vəziyyətə salır. Paşinyan primitiv, dünya görüşə malik olmayan, siyasi savadı olmayan insandır. O, dünyaya yalvarır ki, Azərbaycanı müharibəyə başlamağa qoymayın, həm də erməni ordusunun “qüdrəti” haqqında nağıllar danışır. Hərçənd, Azərbaycan Ordusunun güclü olduğunu özü də yaxşı bilir”.

Q.Hüseynli hesab edir ki, Prezident İlham Əliyevin xəbərdarlığı sonuncudur.

“Azərbaycan danışıqlar prosesinə sadiqdir, lakin dəfələrlə ərazi bütövlüynü təmin etmək üçün beynəlxalq hüquqa əsasən hücuma keçəcəyini gizlətməyib. Ermənistana qeyri-konstruktiv mövqeyinə görə xəbərdarlıq edib. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də Ermənistana və onun yeni siyasi rəhbərliyinə sonuncu xəbərdarlıqdır. Azərbaycan Ordusu da müharibə şəraitinə yaxınlaşdırılmış formada təlimlər keçirir. Hesab edirəm ki, ordunun qarşısına konkret tapşırıqlar qoyulub və yaxın vaxtlarda bu tapşırıqlar reallaşacaq”, - deyə politoloq bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?