Redaktor seçimi
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Günün xəbəri

Cahangir Hacıyevə yeni ittiham və həbsdə aclıq keçirir iddiası

Sabiq bankirin qudası Eldar Mahmudov onu problemlər bataqlığından niyə çıxarmır?

 

Yenixeber.org: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbəri Cahangir Hacıyevin həbsdə aclıq aksiyasına başladığı bildirilir. Məlumata görə, Cahangir Hacıyev ona təzyiqlərin artmasına etiraz edir. “Son vaxtlar Cahangir Hacıyevə qarşı münasibətlər daha da sərtləşib. Qanunsuzluq baş alıb gedir. Ailə üzvləri ilə görüşməyə imkan verilmir, telefon danışığı hüququndan məhrum edilib. Hətta onun üçün aparılan yeməyin qəbuluna da qadağa qoyulub. O da özünə qarşı qanunsuzluqlara etiraz olaraq, aclıq etmək qərarına gəlib. Adamı ən adi hüquqlarından da məhrum ediblər” - deyə, Cahangir Hacıyevin yaxınları AzadlıqRadiosuna bildiriblər.

“Yeni Müsavat” Cahangir Hacıyevin ailə üzvlərinə və vəkillərinə müraciət edərək son durumla bağlı açıqlama almaq istəyib. Lakin telefon zənglərimiz cavabsız qalıb.

Penitensiar Xidmət isə təcridxanada C.Hacıyevin təzyiqlərlə üzləşməsi, hüquqlarının pozulması barədə deyilənləri qəbul etmir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyib ki, başqa məhkumlara münasibət necədirsə, Cahangir Hacıyevlə də o cür davranılır: “Bizim üçün onun digər məhkumlardan fərqi yoxdur. Hamıya necə, ona da elə. O da daxili intizam qaydalarına əməl etməlidir. Qanunvericilikdə məhkumlar üçün nə qədər görüş, telefon danışığı nəzərdə tutulubsa, o da o qədər istifadə edir”.

Mehman Sadıqov əlavə edib ki, Cahangir Hacıyev aclıq etsəydi, yəqin ki, Penitensiar Xidmətin bundan xəbəri olardı.

2015-ci ilin dekabrında həbs edilən Cahangir Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və başqa əməllərdə suçlanaraq, 15 il azadlıqdan məhrum edilib. Ancaq o, ittihamları qəbul etmir.

Cahangir Hacıyev ile ilgili görsel sonucu

Cahangir Hacıyevdən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib. Ötən il Azərbaycan Beynəlxalq Bankı 3 milyard 300 milyon dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. (Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir). Cahangir Hacıyevə qarşı yeni cinayət işi bu faktla bağlıdır. Cahangir Hacıyev yenə də külli miqdarda mənimsəmədə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdəki bankir ABB-nin Moskva filialındakı yeyintilərlə bağlı dindirilib. Cahangir Hacıyevin bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. Hazırda istintaq bankdakı sənədlər və pul köçürmələri əsasında araşdırmanı davam etdirir.

Əvvəlki istintaq işdə Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb. Sonradan iş məhkəməyə göndərilib və bununla bağlı ittihamedici hökm çıxarılıb.

Ä°lgili resim

 “Yeni Müsavat” bu ilin martında sabiq bankirə qarşı yeni ittihamlarla bağlı yazı dərc etmişdi. “Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir - ”Hörümçək toru" əməliyyatı" (http://musavat.com/news/cahangir-haciyev-yeniden-istintaqa-celb-edilir-horumcek-toru-emeliyyati_509050.html)  sərlövhəli yazıda ABB-dən “buxarlanmış” pullarla bağlı qeyri-rəsmi və rəsmi üsullarla axtarşların davam etdirildiyi haqda məlumat verilirdi.

Həmin yazıdan sitat: “Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası Eldar Mahmudovun qurduğu  ”hörümçək toru"nu tam açmaq mümkün olmayıb. Bu səbəbdən Cahangir Hacıyevlə bağlı istintaqın bitdiyini demək olmaz. Yada salaq ki, bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan  Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, Emin Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə Emin Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki  Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər. İqtidarın C.Hacıyevə olası qəzəbi bunlarla da bitmir. Məlumdur ki,  London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton İnvestment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.

beynÉlxalq bank ile ilgili görsel sonucu

Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi. Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir. ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, “Sberbank” və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb. Ekspertlərin sözlərinə görə, məhkəmə iddiaları üzündən restrukturizasiya planı baş tutmasa, 3,3 milyard dolları Azərbaycan hökuməti ödəməyə məcbur olacaq".

ABB ilə bağlı daha bir bəd xəbər qonşu Gürcüstandan gəlib. 2007-ci ildən fəaliyyətdə olan ABB Gürcüstan nümayəndəliyinin də ləğv olunması prosesi başlayıb. Artıq Gürcüstanın Milli Bankı “ABB Gürcüstan”a ləğvedici göndərib. “ABB Gürcüstan” bu vaxta qədər özünü ləğv etmə rejimində olub və bir neçə ay ərzində portfel şirkət tərəfindən idarə olunub. Hazırda bankda 100 min lari ödənilməmiş kredit və müştərilərin hesablarında tələb olunmayan depozitlər qalıb. “ABB Gürcüstan” artıq podratçı şirkət seçərək iş adamı Vano Çxartişvilinin ailəsinə (3 mln. lariyə yaxın) və səhmdarlarına öhdəliklərini ödəyib. ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərarı bu ilin martında qəbul edib. Bu qərardan sonra Cahangir Hacıyev Rusiya nümayəndəliyindəki maxinasiyalarla bağlı ittihamlarla üz-üzə qalıbsa,  onun Gürcüstan nümayəndəliyi ilə bağlı da istintaqçıların suallarını cavablandırmaq zorunda qalacağı gözləniləndir.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?