Redaktor seçimi
SİYASİ TERRORİZM: İNSANLIĞA QARŞI CİNAYƏTİN PƏRDƏARXASI -
Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu-
Karolina Valiant da yoxlanılır?-
CAVİD QURBANOV LATVİYADAN 5 QATAR ALDI, BİRİ YOLDA “YOXA ÇIXDI”! –
Qubanın icra başçısının Avropadakı biznesi ifşa olundu-
İlham Rəhimov “ Geopolitik oyunlar” burulğanında-
Məhkəmə qərarı belə icra olunur-
Səfər Mehdiyevin yeni bəlası: Əbülfəz Məlikov... -
Günün xəbəri

Avstriyanın idman naziri Bakıya gəlib

    

Avstriyanın idman naziri Bakıya gəlib
Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, federativ idman naziri Heinz-Kristian Ştaxeninin (Heinz-Christian Strache) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Yenixeber.org: Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, nazir həmkarına Azərbaycana gəldiyi və idman sahəsindəki inkişafa böyük maraq göstərdiyi üçün təşəkkürünü bildirib, Avstriyalı idmançıları Azərbaycana təlim məşq toplantılarına, təcrübə mübadiləsinə dəvət edib. Azad Rəhimov bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən Olimpiya İdman Komplekslərində idmanın inkişafı, idmançıların birgə təlim məşq toplantılarına qatılmaları üçün hər bir şərait var. Bununla yanaşı, nazir Azərbaycanın müxtəlif illlərdə ilk Avropa oyunları, IV İslam Həmrəyliyi oyunları, Formula 1 Grand Prix turniri , Şahmat üzrə Dünya Olimpiadasına ev sahibliyi etdiyini, müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində Avstriya ilə maraqlı əməkdaşlıq edə biləcəyini də diqqətə çatdırıb.



Azad Rəhimov görüş zamanı 2015-ci ildə Azərbaycanda İlk Avropa oyunları zamanı Avstriyalı idmançı Vanessa Şahinoviçin düşdüyü qəzadan sonra Azərbaycan hökumətinin atletin sağalması istiqamətində bütün dəstəyi göstərdiyini və bu işdə vitse-kansler Heinz-Kristian Ştaxenin xidməti olduğunu qeyd edərək, ona dərin təşəkkürünü bildirib. Öz növbəsində vitse-kansler, federativ idman naziri Heinz-Kristian Ştaxen də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə atlet Vanessa Şahinoviçin sağlamlığına çox həssas yanaşdığını, hər bir diqqət və qayğını göstərdiyini bildirərək, dərin təşəkkür edib. 
Bununla yanaşı vitse-kansler Azərbaycan idmanı ilə sıx maraqlandığını, ölkəmizin bu sahədə qazandığı uğurların kifayət qədər yüksək olduğunu söylədi. Heinz-Kristian Ştaxen Azərbaycanın cüdo üzrə Dünya çempionatına çox ciddi hazırlaşdığını, bu istiqamətdə keçirilən bir sıra tədbirlərə də qatıldığını diqqətə çatdırıb. Vitse-kansler Avstriyada da şahmat, güləş və idman növlərinin Azərbaycanla eyni səviyyədə inkişafını arzuladığını xüsusi olaraq vurğulayaraq, böyük məmniniyyətlə bu istiqamətlərdə qarşılıqlı əməkdaşlğa hazır olduğunu bildirib.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?