Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qida Təhlükəsizliyi İnstitutunda sədr təyinatı

Qida Təhlükəsizliyi İnstitutunda sədr təyinatı

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub

Yenixeber.org: Qida Təhlükəsizliyi Agentliyindən  verilən məlumata görə, Sadiq Ərzuman oğlu Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub. Bununla bağlı Agentliyin sədri Qoşqar Təhməzli əmr imzalayıb.

S.Məmmədov 1970-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində həkim-kardioloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1997-ci ildə Salyan rayon Mərkəzi xəstəxanasının rayonlararası kardioloji dispanserində həkim-kardioloq kimi başlayıb. 2003-2009-cu illərdə “Asfarma“ MMC-də müxtəlif vəzifələrdə çalışıb.

2010-2013-cü illərdə əvvəlcə “Farmservis” MMC-də, daha sonra isə “YurAz Farmasyutikl İndastriz” MMC-də marketinq üzrə menecer vəzifəsində işləyib. 2013-2014-cü illərdə “Avromed” özəl tibb mərkəzində filial direktoru vəzifəsini icra edib.

S.Məmmədovun sonuncu iş yeri Suraxanı Tibbi Bərpa Mərkəzi olub. O, 2014-2015-ci illərdə həmin mərkəzdə baş həkim, daha sonra isə direktor vəzifələrini icra edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam