Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Miqrasiya Xidmətinin rəisi ÜST-ün rəsmisi ilə görüşüb

Miqrasiya Xidmətinin rəisi ÜST-ün rəsmisi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Fatoş Hande Harmancı ilə görüşüb

Yenixeber.org: DMX-dan verilən xəbərə görə, tanışlıq xarakterli görüşdə V.Hüseynov xanım Fatoş Hande Harmancıya Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri kimi fəaliyyətində uğurlar arzulayıb. DMX ilə ÜST-nin Azərbaycan nümayəndəliyi arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə toxunub.

Xidmət rəisi DMX-nin fəaliyyəti barədə məlumat verib. Miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində ölkəmizdə görülən əsaslı işlərdən, qanunvericiliyiə edilən son dəyişikliklərdə söhbət açıb. Bildirib ki, miqrasiya ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik təkmilləşdirilir, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilir.

Bu ilin avqustundan ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri kimi fəaliyyətə başlayan Fatoş Hande Harmancı görüşə görə minnətdarlıq edib. Məlumat verib ki, təşkilatın Azərbaycan Respublikasındakı ofisi 2004-cü ildən fəaliyyət göstərir və bir çox əhəmiyyətli ictimai səhiyyə sahələrində ölkəyə dəstək göstərir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam