Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Mehdiabad-Pirşağı avtomobil yolunda təmir yekunlaşır

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində uzunluğu 107,8 km olan 13 avtomobil yolu layihəsinin icrası həyata keçirilir ki, artıq bu layihələrdən bir neçəsində işlər yekunlaşıb və ya yekunlaşmaq üzrədir.

 

Yenixeber.org: Bu cür layihələrdən biri 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yoludur.

7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına maneə yaradırdı. Avtomobil yolunun yenidən qurulması ilə sadalanan problem artıq öz həllini tapır.

Texnoloji ardıcıllıqla aparılan tikinti işləri çərçivəsində 11 avtobus dayanacağı və yol boyu yeni yol nişanları quraşdırılacaq, 18 km uzunluğunda yolcizgi, yolgöstərici və piyada zolaqlarının çəkilişi işləri aparılacaq. Tərtib olunmuş qrafikə uyğun işlərin yaxın aylarda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam