Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Sarkisyanın qardaşı oğlu 50 milyona zaminə buraxıldı

    

Sarkisyanın qardaşı oğlu 50 milyona zaminə buraxıldı
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandrın oğlu Ayk Sarkisyan 50 milyon dram (təqribən 102 min 612 ABŞ dolları) müqabilində həbsdən azad edilərək zaminə buraxılıb.
Yenixeber.org: Erməni KİV-nə istinadən xəbər verir ki, İrəvanın ümumi yurisdiksiya məhkəməsində Ayk Sarkisyanın şikayəti təmin olunub və ona qarşı həbs-qətimkan tədbirinin zaminə buraxılma ilə dəyişdirilməsi barədə qərar verilib.

Qeyd edək ki, Serj Sarkisyanın qardaşı, biznesmen Aleksandrın oğlu Ayk Sarkisyana qarşı məqsədyönlü şəkildə insan həyatına qəsdə cəhd, qanunsuz silah və hərbi sursat əldə edilməsi və saxlanılması maddələri üzrə cinayət işi açılıb. Məhkəmənin Ayk Sarkisyanbarədə həbs-qətimkan tədbirinin seçilməsinə dair qərarı ilə o, Ermənistanı tərk etmək istəyərkən Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı. Aykın doğma qardaşı Narek Sarkisyan da axtarışa verilib. O, narkotik və silah saxlanılmasında, həmçinin qiymətli incəsənət nümunələrinin oğurlanmasında ittiham edilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam