Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

42 nəfər prezident olmaq istəyir-Gürcüstanda

 

Gürcüstanda 42 nəfər prezident olmaq istəyir
Gürcüstanda 42 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb.
Yenixeber.org: Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze məlumat verib. Bildirib ki, onlardan 23-nün namizədliyi təşəbbüs qrupları, 19-u isə siyasi partiyalar tərəfindən irəli sürülüb.

Gürcüstan qanunvericiliyinə və prezident seçkiləri ilə əlaqədar MSK-nın müəyyən etdiyi tədbirlər planına uyğun olaraq namizədliyin irəli sürülməsi müddəti sentyabrın 8-də başa çatıb. Bundan sonra namizədlər topladıqları imzaları və digər sənədləri sentyabrın 18-dək MSK-ya təqdim etməlidirlər. Prezidentliyə namizədin qeydiyyatı üçün 23 min 923 imza (ümumi seçicilərin sayının 0,75 faizi) tələb olunur.

MSK isə sentyabrın 28-dək imzaları və tələb olunan digər sənədlərin doğruluğunu yoxlayıb həmin şəxslərin namizədliyini təsdiq etməlidir.
Mikeladzenin sözlərinə görə, 42 nəfərdən dördünün namizədliyi artıq qeydə alınıb.

Bunlar “Avropa Gürcüstanı-Azadlıq uğrunda hərəkat” Partiyasının lideri David Bakradze, Mixail Saluaşvili (Ədalətin bərpası “Xalqın səsi”), Zviad Baqdavadze (“Vətəndaş platforması-Yeni Gürcüstan”) və Şalva Natelaşvilidir (“Gürcüstan Leyboristlər Partiyası”). (AzərTAc)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam