Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Hava yağmursuz olacaq

Hava yağmursuz olacaq

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24°, gündüz 27-32° isti təşkil edəcək.

Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacağı gözlənilir.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, ŞuşaXocalıXocavəndQubadlı, ZəngilanLaçınKəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 19-24° isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, GoranboyTərtərAğdamFüzuliCəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq, lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti təşkil edəcək.

BalakənZaqatalaQaxŞəkiOğuzQəbələİsmayıllıAğsuŞamaxıSiyəzənŞabranXızıQubaXaçmazQusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir, YevlaxGöyçayAğdaşKürdəmirİmişliAğcabədiBeyləqanSabirabadBiləsuvarSaatlı, Şirvan, HacıqabulSalyanNeftçala rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti olacaq.

MasallıYardımlıLerikLənkəranAstara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 18-21°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 22-27° isti təşkil edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam