Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Bərzani Trampın adamı ilə görüşdü - ABŞ İraqda yeni müttəfiq axtarır

Bərzani Trampın adamı ilə görüşdü - ABŞ İraqda yeni müttəfiq axtarır

Şimali İraq Kürd Muxtariyyətinin keçmiş rəhbəri, Kürdstan Demokratik Partiyasının lideri Məsud Bərzani Ərbildə ABŞ prezidenti Donald Trampın İŞİD terror təşkilatı ilə mübarizədə xüsusi nümayəndəsi Brett MakQurkla görüşüb
Yenixeber.org: Bu barədə Bərzaninin rəsmi saytında məlumat yerləşdirilib. 

Qeyd olunur ki, görüşdə tərəflər İraqdakı son proseslər başda olmaqla, ölkədə qurulacaq yeni hökumətlə əlaqədar bəzi məsələləri müzakirə ediblər. Həmçnin, İraqdakı bütün etnik-dini elementlər arasında əsl tərəfdaşlıq prinsipinin təmin edilməsinin vacibliyi vurğulanıb. 

Xatırladaq ki, 12 mayda İraq parlamentinə keçirilən seçkilərdə 48 mandatla ən çox deputat yeri qazanan ikinci siyasi blok – Fəth koalisiyasının lideri və “Həşdi-Şabi” qruplaşmasının komandanlarından biri olan Hadi Əmiri ABŞ-ın müdaxiləsi və təsiri nəticəsində İraqda formalaşdırılacaq istənilən hökuməti 2 ay ərzində devirəcəklərini bəyan edib. Həmçinin, 54 mandatla parlament seçkilərinin qalibi olan “Əs-Sayrun” şiə blokunun sədri Müqtəda əs-Sədr bütün siyasi qruplara koalisiya hökuməti qurmaq və başqa məsələlər üzrə ABŞ və qonşu ölkələrlə danışıqları kəsmələrinə dair xəbərdarlıq edib. O, İraqın nə şərq, nə qərb, nə şimal, nə də cənubdan – ümumiyyətlə, xaricdən idarə olunmasına icazə verməyəcəyini bildirib.

Bu mənada, Trampın xüsusi nümayəndəsinin son zamanlar İraqda qurulacaq yeni hökumətdə müttəfiq axtarışlarına çıxması və ölkənin müxtəlif qrupları ilə tez-tez görüşlər keçirməsi diqqət çəkir. 

Qeyd edək ki, 12 ildir Şimali İraq Kürd Muxtariyyətinə başçılıq edən Məsud Bərzani müstəqil Kürdüstan dövləti yaratmaq məqsədilə elan etdiyi qanunsuz referendumdan sonra 2017-ci ilin 29 oktyabrında istefa verib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam