Redaktor seçimi
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Türkəçarə ilə müalicə, yoxsa travmadan travmaya-
Pediatr icra başçısı, MTN məhbusu olan müavin: İradə – Fuad cütlüyünün Abşeron əməlləri-
Günün xəbəri

Yol polisindən sürücülərə xəbərdarlıq

Yol polisindən sürücülərə xəbərdarlıq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə, sürücülərə müraciət edib
Yenixeber.org: Qurumdan verilən xəbərə görə, müraciətdə dayanma-durma və parklanma qaydalarının pozulması, bunun tıxac və sıxlığa səbəb olması əksini tapır. DYP həmçinin sürücülərə bəzi tövsiyələr də verib. İdarəni bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yay mövsümün başa çatması, yeni dərs ilinin başlanmasına iki həftə vaxt qalması, bölgələrdə istirahət edən vətəndaşların Bakıya qayıtması artıq paytaxtın bəzi küçə və prospektlərində hərəkətin intensivliyini artırıb. 

"Bəzən isə sıxlıq və tıxac problemini ortaya çıxarır. Bunu nəzərə alaraq DYP sürücülərə tövsiyə edir ki, avtomobili qadağan olunmuş ərazilərdə saxlamasınlar. Eyni zamanda parkinqlərdə ikinci və üçüncü cərgədə maşın saxlamaq olmaz. Parkinq ərazisində avtomobilin saxlanılması qaydalarına ciddi riayət edilməlidir. Avtobus dayanacağında, səkilərdə və digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. İnzibati məsuliyyət yaradır.

Piyada səkilərində maşınlar park edilir ki, bu da piyadaların hərəkətinə maneə yaradır. Bir daha xatırladırıq ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində dayanma-durma, 53-cü maddəsində isə parklanma qaydaları və tələblər əksini tapıb. Xahiş edirik ki, hər bir sürücü funksional vəzifələrini düzgün icra etsin və digər hərəkət iştirakçılarını da nəzər alsın”.

Vaqif Əsədov əlav edib ki, yeni dərs ilinin başlanması ərəfəsində sürücülərin bu müraciətə diqqətlə yanaşması vacibdir: " Həm özlərinin həm də digərlərinin paytaxt küçələrində rahat və təhlükəsiz, eyni zamanda fasiləsiz hərəkətini təmin etmək YPX əməkdaşları ilə yanaşı elə sürücülərin də borcudur. Bu, hər birimizin üzərinə məsuliyyət qoyur. Yol hərəkəti qaydalarına əməl edərək nəqliyyat vasitələrinin dayanma-durma və parklanma qaydalarını pozmayaq”.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    Saytımızı bəyəndiniz?