Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ARDNŞ rəsmiləri səfər etdi

Dövlət Neft Şirkətinin (DNŞ) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Tekfen” şirkətinin dəvəti ilə Türkiyənin İstanbul və İzmit şəhərlərində səfərdə olub.

 

Şirkətdən verilən məlumata görə, səfər zamanı ARDNŞ-in Neft-qaz emalı və neft-kimya kompleksini (NQNK) təmsil edən nümayəndə heyəti “Tekfen” şirkətinin rəhbərliyi ilə görüş və müzakirələr aparıb, həmin şirkətin fəaliyyəti, istehsalat obyektləri, mühəndislik və tikinti bölmələri ilə tanış olub.

 

Nümayəndə heyəti “Tekfen” şirkətinin podratçı olduğu İzmit Neft Emalı Zavodunda aparılan və hazırda yekunlaşmaqda olan modernizasiya işləri ilə tanış olmaq məqsədi ilə tikinti sahəsinə də baş çəkiblər. Nümayəndə heyəti üzvlərinə müəssisədə görülən işlər barədə ətraflı məlumat verilib, tərəflər arasında mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

 

Qeyd olunub ki, Türkiyədə inşa edilən və ya yenidənqurma işləri aparılan neft-qaz emalı və neft-kimya layihələri ilə tanışlıq və bu ölkədən olan tərəfdaşlarla aparılan müzakirələr ARDNŞ tərəfindən reallaşdırılan NQNK layihəsinin uğurla həyata keçirilməsi işinə böyük töhfə verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam