Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Gəncənin yeni icra başçısı kimdir? - DOSYE

Gəncənin yeni icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb

Yenixeber.org: Bayramov Niyazi Müzəffər oğlu 26.03.1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.



Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib.



Azərbaycan Respublikası Prezidentinin 14.04.2012-ci il tarixli 2173 nömrəli sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Bu gün isə dövlət başçısının sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır.

Ailəlidir. 2 övladı var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam