Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə ABŞ-dan dünya təşkilatına şikayət etdi

 

Türkiyə ABŞ-dan dünya təşkilatına şikayət etdi
Rəsmi Ankara Vaşinqtonun Türkiyəyə qarşı iqtisadi müharibə başlatdığına görə ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına şikayət ünvanlayıb.
 Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, şikayət Amerikanın Türkiyədən idxal edilən polad və alüminuma tətbiq edilən tarifləri artırması ilə əlaqədardır.

ÜTT-dən məlumatı təsdiqləyiblər. Bildirilib ki, Türkiyənin şikayəti təşkilata daxil olub və bununla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, avqustun 10-da ABŞprezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb. 

Vaşinqtonun ikiqat ticarət tariflərinə cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-dan idxal olunan tütün məmulatlarına qoyulan rüsumun 60 faiz, alkoqollu içkilərdə 140 faiz, avtomobillərdə 140 faiz, kosmetik məhsullarda 60 faiz, düyüdə və meyvələrdə 40 faizə qədər artırılmasilə bağlı qərar imzalayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam