Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Etirazçılar Koçaryanın mətbuat konfransına basqın etdilər-VİDEO

 

Etirazçılar Koçaryanın mətbuat konfransına basqın etdilər - VİDEO
Robert Koçaryanın həbsdən azadlığa buraxılmasına etiraz edən aksiya iştirakçıları sabiq prezidentin bu gün mətbuat konfransı keçirəcəyi “Erebuni” mehmanxanasının binasına daxil olmağı bacarıblar.
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, aksiyaçılar mehmanxananın 9-cu mərtəbəsinə qalxaraq Koçaryanın saat 12:00-da mətbuat konfransı keçirəcəyi zala basqın ediblər.
“Biz hamımız 1 martın qurbanlarıyıq. Biz Koçaryanın ömürlük həbs olunmasını tələb edirik. Artıq Ermənistanda inqilab baş tutub, hakimiyyət də öz vəzifəsini icra edir. Biz ədalətsizliyə göz yummayacağıq. Hüquq-mühafizə orqanları və vətəndaşlar hərəsi öz işini yerinə yetirirlər.” – deyə, etirazçılardan biri bəyan edib.

Nümayişçilər həmçinin, Koçaryanın mətbuat konfransının işinin pozacaqlarını deyiblər. Vardqes Qaspari adlı etirazçı isə zalın döşəməsinə uzanaraq buranı tərk etməyəcəyini və mətbuat konfransının keçirilməsinə mane olacağını bəyan edib. Lakin polis və mehmanxananın mühafizə xidməti böyük çətinliklə nümayişçiləri konfransın keçiriləcəyi ərazidən çıxara bilib. Qapı arxasında gözləyən etirazçılar Koçaryanın mətbuat konfransı ilə paralel aksiyanı davam etdirəcəklərini bəyan ediblər.

Hazırda KİV nümayəndələri zalda keçmiş prezidentin gəlməyini gözləyirlər. Lakin hələ Koçaryanın ofisindən etirazlar fonunda konfransın keçirilib-keçirilməyəcəyinə dair məlumat verilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam