Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

ETSN 4 istirahət mərkəzinin sahiblərini cərimələyib

 

 

 Bakı şəhərinin Xəzər dənizi sahil zolağında “Ətraf Mühitin Mühafizəsi” və “İstehsalat və Məişət Tullantıları” haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən reydlər keçirilib.

Yenixeber.org: Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reydlər zamanı Binəqədi rayonu Xəzər sahili zonasında fəaliyyət göstərən “Həyat”, “Dəniz”, “Matros” və “Anar” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

Faktlarla bağlı obyekt sahibləri Hacı Sadıqov, Aydın Matatyayev, Rəşad Əlverdiyev və Anar Rüstəmov barəsində protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən hər biri 800 manat məbləğində cərimə olunub. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam