Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ-a Atatürk modeli ilə CAVAB –Sensasiyalı TƏKLİF

 

ABŞ-a Atatürk modeli ilə CAVAB – Sensasiyalı TƏKLİF

Maliyyə böhranıyla qarşılaşan Türkiyə bunun öhdəsindən gəlmək üçün Çin nümunəsi üzrə dövlət kapitalizmi iqtisadi modelinə keçməyə məcburdur.

Yenixeber.org: Bunu “RİA-Novosti” agentliyinə Energetika Bazarları Siyasəti İnstitutunun direktoru Volkan Özdemir bildirib.

“Mənim nöqteyi-nəzərimdən liberal iqtisadiyyat Türkiyə üçün faydalı deyil. Biz dövlət kapitalizmi şəraitində çinlilərin necə müvəffəqiyyətli olduğunu görürük. Rusiyada da həmçinin dövlət kapitalizmi var və Türkiyə belə yolla getməlidir. Türkiyədə gənclərin payı böyükdür və bu, istehsal üçün böyük potensialdır. Amma inandırıcı deyil ki, özəl sektor üçün ondan istifadə etmək olar. Deməli, Türkiyə 1930-cu illərdəki Atatürkün iqtisadi siyasətinə qayıtmalıdır, yəni özəl sektor saxlanılmalıdır, amma dövlət sektoru ən əhəmiyyətli olmalıdır”, - Özdemir deyib.

Onun sözlərinə görə, bugünkü iqtisadi modellə Türkiyə iqtisadiyyatdakı mənfi ssenarilərdən qaça bilməyəcək. Ekspert qeyd edir ki, Türkiyə iqtisadi siyasətində struktur dəyişikliyi lazımdır.

“Uzunmüddətli perspektidə Türkiyə öz iqtisadi modelini və siyasətini dəyişdirməlidir: daha az idxal, daha çox malı ölkə daxilində istehsal etmək, idxalatçıların iqtisadiyyatından eksportçuların iqtisadiyyatına keçmək”, - Özdemir vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam