Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

ABŞ Türkiyə ilə razılaşmadı: yeni sanksiyalar... -Son dəqiqə

 

ABŞ Türkiyə ilə razılaşmadı: yeni sanksiyalar... - SON DƏQİQƏ
ABŞ ilə Türkiyə arasında çıxan siyasi-diplomatik böhrandan sonra Türkiyənin Vaşinqtona göndərdiyi 9 nəfərlik diplomatik heyət ölkəsinə əliboş dönəcək.

Yenixeber.org: ABŞ mətbuatı Xarici İşlər və Maliyyə Nazirliyi nümayəndələrinin Türkiyə heyəti ilə görüşlərdən müsbət nəticə alınmadığını yazıb.

“Vall Strit Jurnalı” qəzeti ABŞ-ın iki ilə yaxındır Türkiyədə casusluq ittihamları ilə həbsdə yatan rahib Endryu Bransonun sərbəst qalmasına dair qarşı tərəfdən müsabət rəy almadıqlarını yazıb. Görüşlərdən müsbət nəticənin əldə edilməməsi böhranı dərinləşdirə və ABŞ-ın yeni sanksiyalarına əl atmasına səbəb ola bilər.

Görüşlərin nəticəsiz başa çatmasının xəbəri çıxan kimi Türkiyə Lirəsinin ABŞ dolları qarşısındakı dəyəri 5,44-ə çıxıb.

Müzakirələrə bağlı ilk və bu ana qədərki tək rəsmi açıqlama isə ABŞ-dan gəldi. ABŞ Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən verilən açıqlamada görüşlərdə bir sıra məsələlərin müzakirə edildiyi və müzakirələrin davam etdiyi bildirilib.

Qeyd edək ki, ABŞ ötən həftə sözügedən həbsdə fəal iştirak etməkdə ittiham etdiyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə maliyyə sanskiyası tətbiq etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam