Redaktor seçimi
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Məktəb direktoruna korrupsiya ittihamı-
Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: 
Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Günün xəbəri

ABŞ ağır zərbəyə hazırlaşır:Rusiya iqtisadiyyatı çökdürülür

 ABŞ-ın hazırladığı yeni sanksiyalar Rusiyanın dövlət banklarına böyük zərbə vura bilər.

Yenixeber.org: Bunu “Blomberq” agentliyinə açıqlamasında “Barklays” bankının analitiki Liza Yeremenko deyib.

“Rusiyaya qarşı sanksiyaların ən sərt variantı bu ölkənin bankları üçün bütün tranzaksiyaların total şəkildə qadağan edilməsi ola bilər. Bu, Rusiyanın dövlət borcuna qarşı tətbiq edilən sanksiyalardan daha qorxuludur. Hələlik bu məsələ çox bulanıqdır və bununla bağlı bənd yalnız qanun layihəsinin qəbulu zamanı dəqiqləşəcək. Hələlik qanun layihəsinin ictimaiyyətə bəlli olan hissəsindən görünür ki, sanksiyalar Rusiyanın bir neçə maliyyə institutuna toxuna bilər. Bunlar sırasında “Sberbank”, VTB, “Vneşekonombank”, “Qazprombank”, “Promsvyazbank”, “Rosselxozbank” ola bilər. Sanksiyaların ilkin versiyasına əsasən onu demək olar ki, ABŞ Rusiyaya təzyiqləri artırıb, ona mühüm zərər vurmağa hazırlaşır”, – deyə o bildirib.

Qeyd edək ki, avqustun 2-də ABŞ Senatına Rusiyaya qarşı yeni sanksiyalar paketi haqqında qanun layihəsi təqdim edilib. Qanun layihəsində xüsusilə Rusiyanın dövlət borcuna qarşı sanksiyaların tətbiqi məsələsi yer alır.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?