Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ABŞ xüsusi prokuroru Emin Ağalarovu dindirmək istəyir

 

Rusiyanın ABŞ-dakı prezident seçkilərinə güman edilən müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller, ABŞ KİV-lərinin iddia etdiyi kimi, kiçik Donald Trampla rusiyalı hüquqşünas Natalya Veselnitskayanın Nyu-Yorkda görüşünün keçirilməsinə kömək etmiş müğənni Emin Ağalarovu dindirmək niyyətindədir.

Yenixeber.org: TASS agentliyi xəbər verir ki, bu barədə NBC telekanalı müğənninin vəkili Skott Balberə istinadən məlumat verib.

Müdafiəçinin sözlərinə görə, xüsusi prokurorun aparatı icraçının nümayəndələri ilə sıx əlaqədədir. Hüquqşünas qeyd edib ki, hazırda Ağalarovla Müllerin görüşünün mümkünlüyü “müzakirə edilir”. “Necə olacağı məlum deyil”, - Balbera deyib.

Mənbə qeyd edir ki, vəkil xüsusi prokurorun Emin Ağalarovun atası Araz Ağalarovla söhbətdə maraqlı olub-olmaması barədə heç bir söz deməyib. Araz Ağalarovun adı kiçik Trampın sonradan dərc etdirdiyi və görüşün təşkilinə aid olan yazışmada çəkilirdi.

Söhbət 2016-cı ilin iyununda Nyu-Yorkun “Trump Tower” göydələnində baş tutmuş görüşdən gedir. Həmin görüşdə Veselnitskaya iştirak edib. Daha öncə kiçik Tramp etiraf edib ki, onunla görüşə Hillari Klinton barədə təxribat xarakterli məlumat əldə edə bilmək arzusu ilə gəlib. Siyasi rəqiblər isə iddia edirlər ki, bu görüş Trampın seçki qərargahı ilə Rusiya arasında güman edilən əlaqələrin mövcudluğunu sübut edir.

38 yaşlı Azərbaycan əsilli müğənni cari ilin aprel ayının 20-də Demokrat Partiyasının Milli Komitəsi tərəfindən Manhetten məhkəməsinə verilmiş iddia ərizəsində cavabdehlərdən biri kimi qeyd olunub. İddiaçıların fikrincə, Trampın seçkiöncəsi kampaniyası Rusiya tərəfindən dəstəklənirmiş.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam