Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ƏLİ HƏSƏNOVUN HARIN NƏVƏSİ AZADLIQDA! –Şikayətçi olmadığına görə…

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev həbsdən buraxılıb. Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb. Qərarı Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası verib.

eli

Yenixeber.org: İki nəfərin öldüyü, dördünün də yaralandığı yol qəzası törətməkdə ittiham olunan N.Allahverdiyev şərti cəza ilə buraxılıb. Zərərçəkmişlərin heç birinin şikayətçi olmamasını əsas gətirən məhkəmə Baş nazirin müavininin nəvəsinə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.

N.Allahverdiyev hadisədən sonra Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunurdu – 263.3 (iki və daha artıq şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmə) və 264 (yol-nəqliyyat hadisəsi yerindən qaçma). Ötən il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona 264-cü maddə ilə bəraət, digər ittihamla isə 6 il həbs cəzası verilmişdi.

N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21:00 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verib. Allahverdiyevin idarə etdiyi “Mercedes-Gelandewagen” yolu keçən üç piyadanı – Vaqif Əsədov, Mutallib və Songül Tekiş cütlüyünü vurub, daha sonra “VAZ 21015” markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən “Mercedes-Gelandewagen” yanmağa başlayıb. Bu hadisə nəticəsində piyada V.Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş 31 yaşlı Mehdi Əliyev dünyasını dəyişib.

nail-eli-hesenov1

Hadisənin video-görüntüləri sosial şəbəkələrdə yayılıb və hadisədən dörd gün sonra N.Allahverdiyev həbs olunub. O, özünü qismən təqsirli bilib və hadisə yerindən qaçmaqla bağlı ona verilmiş ittihamı qəbul etməyib.

N.Allahverdiyevin 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılovun idarə etdiyi “Mazda” markalı avtomobillə ötüşərkən bu qəzanı törətdiyi bildirilsə də, o, bu ittihamla razılaşmayıb. Bildirib ki, yanında olan M.Əliyevin ürəyində problem yarandığına görə onu təcili həkimə çatdırmaq üçün həmin vaxt maşını yüksək sürətlə idarə edib.(azpolitika)

Bu hadisədən sonra 23 yaşlı Mirməhəmməd İsmayılova da avtoxuliqanlığa görə 1 ay inzibati həbs verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam