Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qeorqi Marqvelaşvili:“Prezident seçkilərinin vaxtı dəqiq bilinməlidir ki, siyasi qüvvələr ciddi hazırlaşa bilsinlər”

 

 

Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili ölkədə keçiriləcək prezident seçkilərinin vaxtının tez bir zamanda dəqiqləşdirilməsini təklif edib. Marqvelaşvili deyib ki, seçkilərin vaxt dəqiq bilinməlidir ki, siyasi qüvvələr seçki kampaniyasına ciddi hazırlaşa bilsinlər.

Yenixeber.org: Bu barədə Milli Demokratiya İnstitutu (MDİ) məlumat yayıb.

Məlumatda bildirir ki, seçkilərin əvvəlcədən nəzərdə tutulmuş vaxtına çox az vaxt qalıb. Amma hələ çoxlu qaranlıq məsələlər və həll olunmamış suallar var.

Marqvelaşvilinin fikirlərini dəstəkləyən MDİ-nin məlumatında deyilir: “Prezident seçkiləri siyasi partiyalar və ayrı-ayrı namizədlər üçün əsl mübarizə meydanı olmalıdır. Onlar seçiciləri öz məqsəd və məramlarına inandırıb hərəkətə gətirə bilməlidirlər. Lakin, hələ də nə hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası öz namizədini müəyyən edə bilib, nə də Q.Marqvelaşvili özü bu seçkilərdə iştirakı barədə qərarını təsdiq etməyib”.

“Bu da, cəmiyyətdə müəyyən anlaşılmazlıq və qeyri-müəyyənlik yaradır”, - deyə məlumatda vurğulanır.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabr ayına nəzərdə tutulub. Seçkilərin dəqiq vaxtı səsverməyə ən azı 60 gün qalmış elan olunmalıdır.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam