Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Ermənistanda elə obyektlər var ki, onlara zərbə endirsək...” -MN

 

“Ermənistanda elə obyektlər var ki, onlara zərbə endirsək...”

 

Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnasakyanın “Lazım gələrsə Mingəçevir SES-nə dərhal zərbə endiriləcək” barədə dediklərinə Müdafiə Nazirliyi cavab verib.

Yenixeber.org: Nazirliyin mətbuat xidmətindən daxil olan açıqlamanı təqdim edirik:

“Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur.

Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir.

L.Mnakasyanın budəfəki, absurd bəyanatına gəlincə isə, Azərbaycan hava hücumundan müdafiə və raketəleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir.

Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam