Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Havanın temperaturu yenidən yüksələcək-İyulun 25-dən

 

 

 "İyul ayının 24-ü gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində yağmursuz keçəcəyi gözlənilir".

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, iyul ayının 25-i gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Bakıda növbəti iki gün ərzində müşahidə olunacaq hava şəraitinə gəlincə direktor bildirib ki, iyul ayının 24-25-də paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "İyul ayının 24-də arabir güclənən şimal-şərq küləyi ayın 25-də mülayim cənub şərq küləyi ilə əvəz olunacaq".

G.Məmmədova qeyd edib ki, havanın temperaturu iyul ayının 25-də bugünlərlə müqayisədə tədricən yüksələcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam