Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistan Rusiyadan kreditə 200 mln. dollarlıq silah aldı

 

Ermənistan Rusiyadan kreditə 200 mln. dollarlıq silah aldı
Yerevan və Moskva arasında imzalanmış kredit sazişi üzrə Rusiyanın Ermənistana 200 mln. dollar dəyərində silah tədarükü başa çatdırılıb.
 Yenixeber.org: "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib. 

“Müasir silahlar tədarük edilib. İstisna deyil ki, bu cür silahlar heç Rusiya ordusunun özünün arsenalında yoxdur”, - deyə erməni nazir vurğulayıb. 

David Tonoyan əlavə edib ki, dost münasibətləri olan Ermənistan və Rusiya arasında bir çox müqavilələr bağlanılsa da, lazım gəldikdə sazişlərdəki bəzi müddəalar yenidən nəzərdən keçirilə bilər. 

200 milyon dollar dəyərində Rusiya istehsalı olan silahların alınması üçün nəzərdə tutulmuş qeyd olunan kredit sazişi (illik 3 faizlə) iki ölkə arasında 2015-ci ilin iyununda imzalanıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam