Redaktor seçimi
SİYASİ TERRORİZM: İNSANLIĞA QARŞI CİNAYƏTİN PƏRDƏARXASI -
Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu-
Karolina Valiant da yoxlanılır?-
CAVİD QURBANOV LATVİYADAN 5 QATAR ALDI, BİRİ YOLDA “YOXA ÇIXDI”! –
Qubanın icra başçısının Avropadakı biznesi ifşa olundu-
İlham Rəhimov “ Geopolitik oyunlar” burulğanında-
Məhkəmə qərarı belə icra olunur-
Səfər Mehdiyevin yeni bəlası: Əbülfəz Məlikov... -
Günün xəbəri

İsrail ərəb dilinin statusunu ləğv etdi

 

İsrail ərəb dilinin statusunu ləğv etdi
İsrail parlamenti ərəb dilini “dövlət dili” statusundan məhrum edib. Knessetin qəbul etdiyi yeni Əsas Qanuna görə, yəhudilər – İsrail dövlətinin daxilində öz müqəddəratını təyinetmə hüququna malik olan yeganə xalq, vahid Yerusəlim – ölkənin paytaxtı, ivrit isə yeganə rəsmi dil kimi qəbul olunur.
Yenixeber.org: “Dövlətin yəhudi xarakteri haqqında” qanun İsrailin 14-cü Əsas Qanunudur. Qeyd edək ki, İsrailin Konstitusiyası yoxdur, qanunvericilik 1948-ci ilin Müstəqillik Bəyannaməsi və ayrı-ayrı vaxtlarda qəbul edilmiş Əsas Qanunların üzərində qurulur. 

Yeni əsas qanuna 120 deputatdan 62-si səs verib, 55 nəfər qarşı çıxıb. Ərəb deputatlar nümayişkaranə şəkildə qanunun mətnini cırdıqlarına görə parlamentin iclas zalından çıxarılıblar. Bu zaman onlar “Siz aparteid haqqında qanun qəbul etdiniz”,- deyə qışqırıblar.

Ərəblər İsrail əhalisinin 21%-ni təşkil edirlər. İndiyə qədər ölkədə ərəb dili ivritlə bərabər tutulurdu. İsraildə ərəblər formal olaraq yəhudilərlə eyni hüquqlara malikdirlər. Amma reallıqda bəzi hallarda (məsələn, işə götürülmə zamanı) bu bərabərliyin pozulduğu bildirilir.

Qanun, həmçinin İsrailin tutduğu torpaqlarda salınmış yaşayış məskənlərini milli dəyər elan edir və onların inkişafına dəstək verilməsini nəzərdə tutur. 

Ərəb deputatlar baş nazir Binyamin Netanyahuya “Ərəb dilindən niyə qorxursunuz?” sualını ünvanlasalar da, onun cavabı belə olub: “Siz Yaxın Şərqin yeganə demokratik ölkəsi haqqında bu cür danışa bilməzsiniz”.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?