Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

Prezident Parisdə bır sıra görüşlər keçirib- Yenilənib

 

Prezident Parisdə bır sıra görüşlər keçirib - Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.
Yenixeber.org: Görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulandı. Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirdi.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb. Prezidentİlham Əliyev “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə ötən görüşləri xatırlatdı. Dövlətimizin başçısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Thales İnternational” şirkəti arasında bu gün imzalanacaq beş sənədin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın “Thales International” şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi, şirkətin ölkəmizdə etibar qazandığını vurğuladı. Rafael Eskinazi Azərbaycan ilə “Thales International” şirkəti arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini dedi, bu əlaqələrin genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirdi. O, əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin nəzərdən keçirildiyini qeyd etdi. Görüşdə Azərbaycan ilə “Thales lnternational” şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq edildiyi məmnunluqla vurğulandı, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirildi.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşü olub.Görüşdə Azərbaycan-Fransa işgüzar dairələrinin əməkdaşlığı, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri və digər sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler ilə görüşüb.



Fransanın Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlərindən biri olan “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler təmsil etdiyi qurumun ölkəmizdə nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlı olduğunu bildirdi. Prezident İlham Əliyev bunu yüksək qiymətləndirdi və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb. Görüşdə SADE şirkətinin Azərbaycanda “Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olundu. Patrik Lölo bildirdi ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.

Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olundu. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb. Prezident İlham Əliyev “IVECO France” şirkətinin ekoloji baxımdan təmiz avtobuslarının Bakıda uğurla fəaliyyət göstərdiyini məmnunluqla qeyd etdi, bu avtobusların şəhərimizin nəqliyyat infrastrukturunun inkişafında oynadığı rolu xüsusi vurğuladı. Dövlətimizin başçısı “IVECO” avtobusları sayəsində Bakıda ictimai nəqliyyatla bağlı bir çox problemlərin həllini tapdığını dedi.

“IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan BlezBakının nəqliyyat infrastrukturu sahəsində regionun aparıcı şəhəri olduğunu vurğuladı. Bildirdi ki, paytaxtda avtobus deposu beynəlxalq normalara uyğun təşkil olunub. O, şirkətinin avtobuslarının Bakının ictimai nəqliyyat infrastrukturunun müasirləşdirilməsində, həmçinin digər texnikalarının kənd təsərrüfatı sahəsində aparıcı rol oynadığına ümid etdiyini bildirdi.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?