Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Prezident İtaliya şirkətlərini Azərbaycana daha çox yatırım qoymağa çağırır-Bakıda Biznes Forum

 

Xəbər verildiyi kimi bu gün Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib. İtaliyan və azərbaycanlı iş adamlarının iştirak etdiyi forumda Azərbaycan prezidenti İlham Əliyev və Bakıda səfərdə olan İtaliya prezidenti Sercio Matarella çıxış ediblər. Prezidentlər iş adamlarını iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından faydalanaraq qarşılıqlı əməkdaşlığı gücləndirməyə, iqtisadi-ticarət əlaqələrini şaxələndirməyə və yatırımları artırmağa çağırıblar.

Yenixeber.org: Azərbaycan prezidenti İlham Əliyev çıxışında İtaliya və Azərbaycanı dost və strateji tərəfdaş ölkələr adlandırıb. Deyib ki, prezident Matarellanın Bakıya səfəri bu strateji tərəfdaşlıq münasibətlərini təsdiqləyir.

İlham Əliyev bildirib: “Dünən bir sıra məsələlər ətrafında çox açıq, səmimi fikir mübadiləsi aparılmışdır. Biz istəyirik ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla, sürətlə inkişaf etsin. Prezidentin səfəri bu əlaqələrin inkişafına çox güclü təkan verir. Əlbəttə ki, siyasi əlaqələr yüksək səviyyədə olduqda biznes dairələri də bunu dərhal görür, dərk edir və öz addımlarını atmağa başlayır.”

Azərbaycan prezidenti ötən gün Sumqayıtda İtaliyanın “Mairo Technimont” şirkətinin tikdiyi “SOCAR Polimer” zavodunu iki ölkə arasında biznes əlaqələrinin inkişafının bariz nümunəsi adlandırıb.

“Mən cənab Prezident Sercio Mattarellaya dünən dedim ki, bu, İtaliyanın Azərbaycanda müasir texnoloji əsəridir. Əlbəttə, bu zavodun timsalında biz şirkətlər arasındakı əməkdaşlığı görürük. Biz istəyirik ki, bu əməkdaşlıq gələcəkdə dərinləşsin, genişlənsin, yeni layihələr icra edilsin”-İlham Əliyev bildirib.

 

Azərbaycan prezidentinin sözlərinə görə, iki ölkə arasında iqtisadi sahədəki gələcək əməkdaşlıq bir neçə istiqamət üzrə getməlidir. Sitat: “Biz İtaliya şirkətlərini Azərbaycana dəvət edirik, həm prezidentlər səviyyəsində, həm hökumət qurumları səviyyəsində. Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur”.

İlham Əliyev çıxışında Azərbaycanda xarici investisiyalar üçün yaradılmış əlverişli mühit, ölkə üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, həyata keçririlən iqtisadi islahatlar və infrastrukturun yenilənməsi üçün görülmüş işlər barədə geniş bəhs edib.

Prezident çıxışında deyib: “Bütün bu infrastruktur imkan verir ki, Azərbaycana bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Çünki neft-qaz sektoruna qoyulacaq sərmayə üçün bütün neft-qaz kəmərləri var və onun tikintisi davam edir. Yeni sənaye müəssisələri ilə bağlı investisiyalar üçün nəqliyyat imkanları çox genişdir. Onu da qeyd etməliyəm ki, Azərbaycanın Xəzər hövzəsində ən böyük ticarət donanması, gözəl investisiya iqlimi var. İndi 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır.

Azərbaycan çox sabit ölkədir, həm siyasi, həm iqtisadi cəhətdən. Ona görə, mən hesab edirəm ki, sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl ölkədir.

Əlbəttə, xarici qonaqlar hesab edə bilərlər ki, mən burada ölkəmizi tərifləməklə məşğulam. Mən bunu gizlətmirəm, edirəm və etməliyəm. Çünki hər bir dövlət başçısı çalışmalıdır ki, onun ölkəsini daha yaxından tanısınlar, daha çox vəsait qoysunlar. Ancaq bu tərif ədalətlidir. Mən tam həqiqəti qonaqlara çatdırıram və ümid edirəm ki, onlar mənim sözlərimdən sonra Azərbaycana daha da böyük həvəslə gələcəklər və işləyəcəklər”.

İtaliya prezidenti Sercio Matarella isə çıxışında bildirib ki, iki ölkənin iqtisadiyyatları bir-birini tamamlayır. Onun sözlərinə görə,  İtaliya Azərbaycana yalnız ticari mübadilələrdə deyil, karbohidrogen sahəsindən əlavə öz potensialının və iqtisadi sisteminin şaxələndirilməsində və sənaye proqramlarının inkişafında istinad edilən etibarlı bir tərəfdaş ola bilər.

“Şaxələndirmə Azərbaycanın əsas hədəflərindən biridir. Buna dəstək məqsədilə İtaliya fərqli təcrübələrini, texnologiyalarını, bacarıq və qabiliyyətlərini Azərbaycana təqdim edə bilər”-Matarella deyib.

İtaliya prezidenti  bildirib ki,  son 10 ildə italyan müəssisələrinin və italyan texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfə 5 milyard avrodan çoxdur.

“İtaliyanın töhfəsi enerji sahəsindən başqa, digər sahələrdə də ola bilər. Belə ki, İtaliya ətraf mühitin qorunması, yenidən dəyərləndirilməsi, kənd təsərrüfatının inkişafı və emal sənayesinin transformasiyası, infrastruktur, nəqliyyat, logistika, tikinti kimi sahələrdə Azərbaycanın inkişafına töhfə verməyə hazırdır”-Sercio Matarella deyib.

İtaliya prezidentinin bildirdiyinə görə forumda italyan şirkətlərinin geniş tərkibdə iştirakı bizim ölkədə kifayət qədər tanınan kiçik və orta tipli müəssislərə də diqqət ayıraraq əlaqələri daha da strukturlaşdırmaq və genişləndirmək üçün iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın  inkişafına nə qədər önəm verildiyini sübut edir.

Sitat: “Mən bir daha kiçik və orta tipli müəssisələrin fəaliyyətini, onların Azərbaycana cəlb olunmasını xüsusi vurğulamaq istərdim. Ümid edirəm ki, dünən gün ərzində təşkil edilən görüşlər bu məqsədə müəyyən forma və dəqiqlik verə bildi”.

Matarellanın sözlərinə görə, Azərbaycan kimi xammalla zəngin olan ölkə üçün bu, sənaye dinamizmi və texnoloji innovasiyalar amili kimi qəbul edilməlidir: “Bilirəm ki, Azərbaycan hökuməti iqtisadiyyatının şaxələndirilməsi və ölkənin müxtəlif regionlarının inkişafı üçün prioritet sahə olan kənd təsərrüfatına çox böyük önəm verir. Bu, mənim fikrimcə, uzaqgörən bir seçimdir və İtaliya bu sahədə olan təcrübəsini və imkanlarını təklif edərək bunu dəstəkləməyə hazırdır”.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?