Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanlı “Kedicik”lər Türkiyədə həbs olundu

 

Türkiyədə saxlanılan Adnan Oktarın ilk ifadəsindən sonra daha 38 nəfər həbs olunub.

Yenixeber.org: Məlumatda deyilir ki, beləcə həbs olunanların sayı 400-ə çatıb.

Türkiyədən əldə etdiyimiz özəl məlumata görə, dünən Türkiyə polisinin keçiridyi əməliyyat nəticəsində Adnan Oktarn şirkətlərində çalışanlardan 35-i həbs olunub. Onların arasında azərbaycanlılar da var. Həbs olunan azərbaycanlılardan 9-nun Naxçıvan Muxtar Respublikasının Babək, Şərur, Sədərək və Culfa rayonlarından, 5-nin Bakının müxtəlif rayonlarından olduqları ilə bağlı məlumat əldə etmişik.

Xatırladaq ki, Türkiyədə həbs olunan Adnan Oktar kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.

Xüsusi əməliyyat zamanı çox sayda silah, gülləkeçirməz köynək və zirehli maşınlar da ələ keçirilib. (AzEuroNews.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam