Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sarkisyanı 8 il həbs gözləyir-insan oğurluğu

Sarkisyanın qardaşı oğlunu 8 il həbs gözləyir
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın oğlu Narek Sarkisyana qarşı insan oğurluğu maddəsi ilə daha bir cinayət işi açılıb. 
Yenixeber.org: Bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib.
Polisin əldə etdiyi sübutlara əsasən, 2017-ci ilin avqustunda İrəvanda gecə klubu açmaq istəyən bir sahibkar zorla Narek Sarkisyanın evinin zirzəmisinə gətirilərək döyülüb və bu istəyindən vaz keçməsi tələb edilib. Polis bildirib ki, Narek Sarkisyan özü şəxsən həmin sahibkara işgəncə verilməsində iştirak edib və onu tapanca ilə hədələyib. Daha sonra isə biznesmeni evdən çıxararaq Narek Sarkisyana məxsus yük maşını ilə xidməti salonuna gətiriblər və yenə döyərək, yalnız klub biznesi ilə məşğul olmayacağına dair söz verdikdən sonra buraxıblar. 

Əldə olunan faktiki sübutlardakı cinayət elementlərinin yetərliliyi əsas götürülərək, Narek Sarkisyana qarşı əvvəlcədən planlaşdırılmış şəkildə bir qrup şəxs tərəfindən öz eqoist motivləri naminə insan oğurlaması maddəsi üzrə cinayət işi açılıb. 

Bu maddə üzrə maksimal cəza 8 il azadlıqdan məhrumetmədir. 

Qeyd edək ki, bundan əvvəl Narek Sarkisyana qarşı qanunsuz silah və narkotika saxlama, fırıldaqçılıq maddələrilə cinayət işi açılıb və axtarışa verilib. Həmçinin, onun atası da – Serj Sarkisyanın qardaşı, 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışmış, 2010-cu ildən isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri işləmiş Levon Sarkisyan və qızı Ani Sarkisyan qanunsuz varlanmaqda və gəlir bəyannaməsindən yayınmaqda ittiham edilərək axtarışa veriliblər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam