Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

15 iyul qiyamından 2 il keçir-Türkiyədə

15 iyul qiyamından 2 il keçir
Türkiyədə 15 iyul - dövlət çevrilişinə cəhd olayından 2 il keçir.

Yenixeber.org: Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd edilir. Bu münasibətlə bütün ölkə üzrə şəhidlərin anım mərasimləri təşkil olunur.
Qeyd edək ki, 2016-cı il iyulun 15-də özünü “Yurdda Sülh Konseyi” adlandıran bir qrup şəxs Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan edib.



Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Bu məqsədlə ilk növbədə Ankarada polis akademiyası partladılıb. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olunub. 



Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alınıb. Türkiyə Böyük Millət Məclisi atəşə tutulub. 

Dövlət çevrilişi cəhdi nəticəsində Türkiyə 251 şəhid verib. Qiyamın hazırlanmasına görə 661 nəfər barəsində ömürlük həbs qərarı verilib.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam