Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Paşinyan ABŞ-da həbs yatan erməniyə vəzifə verdi -QALMAQAL

Paşinyan ABŞ-da həbs yatan erməniyə vəzifə verdi - QALMAQAL
Ermənistanda mühüm dövlət vəzifələrinə qalmaqallı təyinatlar davam edir. Bu dəfəki qalmaqala səbəbi isə, baş nazir Nikol Paşinyanın ölkənin Dövlət Gəlirləri Komitəsi kimi strateji bir qurumuna ABŞ-da məhkum olmuş Ara Qabrielyanı sədr müavini təyin etməsidir.
 Yenixeber.org: "Politik.am" bildirir ki, Qabrielyanın cinayət tarixçəsi barədə Amerikanın ən nüfuzlu media qurumları məlumat verib. ABŞ-ın "FoxNews" media holdinqinin məlumatına əsasən, Qabrielyan 2004-cü ilin 29 avqustunda ABŞ polisi tərəfindən həbs olunub. 
ABŞ-da yaşayarkən Qabrielyan keçmiş sevgilisinin avtomobilinə yerləşdirdiyi GPS vasitəsilə qızın xəbəri olmadan uzun müddət onu izləyib. Həmçinin, Qabrielyan yarım il ərzində keçmiş sevgilisinə müxtəlif təhdidlər edib. 

Nəticədə qanunsuz təqib etmədə təqsirli bilinən Qabrielyan ABŞ cinayət məcəlləsinin daha 3 maddəsilə də ittiham olunub. Məhkəmənin qərarilə Qabrielyana 16 ay azadlıqdan məhrumetmə cəzası verilib. Amerikada 9 ay həbs yatdıqdan sonra 2015-ci ilin 16 avqustunda onu ABŞ-dan qovaraq Ermənistana ekstradisiya ediblər. 



Ümumiyyətlə isə, Qabrielyanın rəsmi bioqrafiyasındakı məlumatlar 2006-cı ildən başlayır və ondan əvvəl nə ilə məşğul olduğu göstərilmir. 

“Haykakan Jamanak” yazır ki, Ara Qabrielyan hələ məhkum olunmazdan əvvəl saxta sənədlərlə ABŞ-da qalmaq müddətini uzadıb və müxtəlif şirkətlərdə montajçı işləyib. 2015-ci ildə ABŞ-dan xaric edilərək Ermənistana göndərildikdən sonra isə Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçatryana məxsus “Yukom” şirkətində təhlükəsizlik rəisi işləyib. 

"Politik.am", “Haykakan Jamanak” və digər nüfuzlu erməni nəşrləri yazır ki, cinayətkar keçmişə malik və indiyədək dövlət aparatında iş təcrübəsi olmayan Qabrielyanın bu cür yüksək vəzifəyə təyin olunması olduqca şübhəlidir. Və Paşinyanın “demokratiya və şəffaflıq” çağırışlarilə heç də üst-üstə düşmür. Bu isə savadlı gənc kadrların işsiz qaldığı erməni cəmiyyətində haqlı narazılıq yaradıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam