Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ Gülənin ekstradisiyasilə bağlı Ankara ilə danışıqlara başlayır

ABŞ Gülənin ekstradisiyasilə bağlı Ankara ilə danışıqlara başlayır
ABŞ Dövlət Departamenti, Ədliyyə və Daxili İşlər Nazirliklərinin nümayəndələrindən ibarət geniş nümayəndə heyəti 13 iyulda Ankaraya gələrək türkiyəli rəsmilərlə Fətullah Gülənin ekstradisiyasını və onun lideri olduğu FETÖ (Fətullahçı Teror Təşkilatı) terror təşkilatilə mübarizəni müzakirə edəcəklər.
 Yenixeber.org: Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi rəsmisinin yaydığı bəyanatda deyilir. 

ABŞ-la ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini texniki səviyyədə müntəzəm şəkildə müzakirə edirik. Bununla əlaqədar olaraq, 13 iyulda Ankarada ABŞ Ədliyyə NazirliyiDaxili İşlər Nazirliyi və xarici siyasət idarəsinin vəzifəli şəxsləri ilə hər iki ölkə FETÖ terror təşkilatilə mübarizəni, ilk növbədə isə Fətullah Gülənin təhvil verilməsini müzakirə edəcəklər. O cümlədən, “Halkbank”ın keçmiş baş direktor müavini Hakan Atillanın işi və Türkiyədə saxlanılan ABŞ vətəndaşlarının məsələsi də müzakirə olunacaq.” – deyə bəyanatda bildirilib. 

Qeyd edək ki, Fətullah Gülən 2016-ci il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhdin hazırlanmasında ittiham edilir. Hazırda o, ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Hakan Atilla isə ABŞ-ın sanksiyalarından yan keçmək üçün İrana köməkdə təqsirli bilinərək həbs edilib. Nyu-York məhkəməsi Atillaya 32 ay azadlıqdan məhrumetmə hökmü çıxarıb. Ankaraya görə, Atilla ilə bağlı məhkəmənin qərarı qanunsuzdur və saxta dəlillər üzərində qurulub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam