Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Paşinyan:Sarkisyan həbs oluna bilər

Paşinyan: Sarkisyan həbs oluna bilər
"Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik xidmətinə səs-küylü cinayət və korrupsiya faktlarının aşkarlanmasına dair tapşırıq verməyib. Onun üçün başlıca məsələ qanunilikdir"
Yenixeber.org: Bu barədə Paşinyan son zamanlar Ermənistanda ajiotaj doğuran silsilə istintaqlarla, xüsusən də sabiq prezident Serj Sarkisyanın qardaşının ailəsi və yaxın qohumları barədə açılan cinayət işləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

Sarkisyanın qardaşı Aleksandrın 2 dəfə həbs olunduğunu, lakin hər dəfəsində azadlığa buraxıldığını şərh edən Paşinyan qeyd edib: “Bunun özü etimad formalaşdırır. Əgər konkret sübutlar varsa, iş görülür. Əgər sübut yoxdursa, onda şəxsi azad buraxırlar. Son nəticədə həbs etmək bizim yekun məqsədimiz deyil. Və qoy, heç kəs düşünməsin ki, guya mən kiməsə zəng vurub, “bunu buraxın, onu isə həbs edin” deyirəm. Mənim üçün başlıca məqsəd 100 faiz qanunilikdir.”

Lakin aparılan istintaqların və cinayət işlərinin sabiq prezident Serj Sarkisyanın birbaşa özünə aid edilməsi ehtimalına dair sualı cavablandıran Paşinyan, Serjin həbsini istisna etməyib. “Əgər məsələ Serj Sarkisyanadək gedib çıxsa, onda bəli. Ermənistanda toxunulmaz şəxs yoxdur”, – deyə Paşinyan vurğulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam