Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Mer və qardaşı həbs olundu-Ermənistanda

Ermənistanda mer və qardaşı həbs olundu
Ermənistanın Masis şəhərinin meri David Ambarçumyan və onun qardaşı Qora Ambarçumyan həbs olunub. 

Yenixeber.org: Bu barədə Ermənistan istintaq komitəsi sədrinin məsləhətçisi Sona Truzyan məlumat verib.
Merin vəkili Tiqran Atanesyan “Facebook” səhifəsində bildirib ki, hakimlər bütün bunları baş nazir Nikol Paşinyan hökumətinin xoşuna gəlmək üçün edirlər:

“Hakim Mnatsakanyan Martirosyan Masis şəhərinin meri David Ambarçumyanın həbsi barədə qərar çıxarıb. Təəssüf ki, heç nə bu hakimi dəyişə bilməz. O, yəqin yeni hökumətə faydalı olduğunu göstərmək istəyir və onların xoşuna gəlməyə çalışır ki, 7 illik işi yaddan çıxarsınlar, ya da baş nazir onu kimin mühakimə etdiyini unutsun”.

Xatırladaq ki, İrəvanda baş verən 22 aprel iğtişaşlarına görə 5 nəfər həbs olunmuşdu. Onların arasında Masis şəhərinin meri David Ambarçumyan və onun müavini Karen Ohanyan da var idi. Həbs edilənlər 22 aprel tarixində İrəvanda keçirilən etiraz aksiyasının iştirakılarına qarşı maskalı şəxlərin güc tətbiqinində əlil olmaqda və həmin təcavüzdə şəxsən iştirak etməkdə ittiham olunurlar. Daha sonra Masis şəhərinin meri David Ambarçumyanın işinə silah tətbiqilə müşayiət olunan xuliqanlıq maddəsi əlavə edilib. Lakin hakim Mnatsakanyan Martirosyan David Ambarçumyanı sərbəst buraxıb. Amma indi fikrini dəyişərək yenidən onun həbsi barədə qərar qəbul edib.



Qeyd edək ki, Mnatsakanyan Martirosyan 2008-ci ilin martında Ermənistanda iğtişaşlar törətməkdə təqsirli bilinən hazırkı baş nazir Nikol Paşinyana 2010-cu ildə 7 il azadlıqdan məhrumetmə hökmü çıxaran hakimdir. 2008-ci ildə Paşinyan müxalif “Haykakan Jamanak” qəzetinin baş redaktoru və müxalifətdən prezidentliyə namizəd Levon Ter-Petrosyanın seçki qərargahının üzvü olub. Paşinyan 2008-ci ilin 1-2 mart tarixlərində Serj Sarkisyanın prezident seçilməsinə qarşı keçirilən kütləvi mitinqlərin iştirakçısı olub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam