Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Milli Məclisin maşını “su qiymətinə” satışda

İyulun 31-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçiriləcək hərracda bir sıra dövlət qurumlarına məxsus avtomobillər satışa çıxarılacaq

Yenixeber.org: Hərraca çıxarılan nəqliyyat vasitələri buraxılış tarixləri 2006, 2007-ci illər, markaları BMW, “Nissan” və “Fiat” olmaqla, vətəndaşlara təklif olunur.
Qeyd edək ki, 2006-cı il istehsalı olan “BMW 730” markalı avtomobil Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansına aiddir. Avtomobilin hərracda start qiyməti 25200 manatdır.
Hərraca çıxarılan “Nissan Maxima” Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansındadır. Bu avtomobilin hərracda start qiyməti 2350 manatdır.
Hərracda o cümlədən start qiyməti 3500 manat olan Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına aid iki ədəd “FIAT Doblo” avtomobili də çıxarılıb.
Onu da bildirək ki, Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan  nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə  təkrar hərraca çıxarılır.
Milli Məclisi İşlər İdarəsinin nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə  təkrar hərraca təqdim edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam