Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Keçmiş MTN zabiti Elmar Vəliyevin güllələnmə səbəbini açıqladı

 Məlum olduğu kimi ötən gün Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə qarşı silahlı hücum edilib

Yenixeber.org: Son məlumatlara görə, onların hər ikisi yaraılıdr və xəstəxanada müalicə alırlar. Baş vermiş hadisə ölkədə geniş səs-küyə səbəb olub.
E.Vəliyevin gülləyə tuş gəlməsi ilə bağlı müxtəlif iddialar irəli sürülüb. Məsələ ilə bağlı danışan keçmiş MTN zabiti, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl maraqlı açıqlamalar verib.
Ekspert bildirib ki, hadisənin arxasında xüsusi nəsə axtarmağa ehtiyac yoxdur, Elmar Vəliyevin davranışları bu hadisəyə yol açıb: 
“Çıxıb  küçədə sorğu keçirsəniz və sual versəniz ki, “Azərbaycanda sui-qəsd edilə biləcək 5 icra başçısı kimdir?” sizə birinci Elmar Vəliyevin adını çəkərlər. Elmar Vəliyev söyüşlə danışan, camaatı təhqir edən biridir. Ona qarşı münasibət buna görə yaxşı deyil. Belə hərəkətlərin biri gün cavabı olur. Biri sözlə, biri silahla cavab verir. Elmar Vəliyevə də cavab silahla oldu. Onu etdiyi təhqirlərə görə güllələyiblər. Elmar Vəliyevi etdiyi hərəkətlərə görə ölümlə çox təhdid ediblər. Bu şəxs də onu daha öncə təhdid edib və bu da nəticəsidir ”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam