Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Koçaryan istintaqa cəlb edilib

Koçaryan istintaqa cəlb edilib
Yenixeber/org  erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan 2008-ci il prezident seçkilərindən sonra hökumətin dinc əhaliyə qarşı güc tətbiq etməsilə əlaqədar başladılan araşdırma çərçivəsində Xüsusi İstintaq Komitəsinə çağırılıb.
Həmin gün polisin dinc etirazçılara qarşı silah tətbiqi ilə bağlı Koçaryanın ifadəsi alınıb.

2008-ci il martın 1-də aksiya iştirakçıları Serj Sarkisyanın prezident seçilməsinə etiraz edirdilər. İrəvanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində onlarla dinc etirazçı qətlə yetirilmişdi.

Qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan da 2008-ci il martın 1-də baş vermiş hadisələrdə ittiham olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam