Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Azərbaycan” İES-in bloklarından biri işə salındı

“Azərbaycan” İES-in bloklarından biri işə salındı
“Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) fəaliyyətini dayandırmış bloklarından 1-i işə salınıb.
Yenixeber.org:Bu barədə“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Qurum rəsmisi qeyd edib ki, yaxın dəqiqələrdə 2-ci blok da işə salınacaq: "Hadisənin baş verdiyi yarımstansiyalarda mütəxəssislər tərəfindən işlər davam etdirilir. İkinci blokun işə salınması üçün son sınaq sazlama işləri aparılır".

Y.Babanlı əlavə edib ki, ölkənin elektrik enerjisi ilə təchizatı 90 faiz bərpa edilib.

Qeyd edək ki, bu gecə Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam