Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Mingəçevir SES gücləndirilmiş iş rejiminə keçib



Yenixeber.org: Mingəçevir Su Elektrik Stansiyası (SES) gücləndirilmiş iş rejiminə keçib.

“Report”un Şirvan bürosu xəbər verir ki, buna ötən gecə “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza səbəb olub.

Əldə edilən məlumata əsasən, yayda adi rejimdə Su Elektrik Stansiyasının 6 hidroaqreqatından 2 və ya 3-ü enerji istehsalına təhkim edilirsə, gücləndirilmiş rejimdə 5 və ya 6 hidroaqreqatın hər biri bütün gücü ilə istehsala cəlb olunur. Bu isə 6 hidroaqreqatın hər birinin saatda 70 MVt elektrik enerjisi istehsal etməsi deməkdir.

Qeyd edək ki, Mingəçevir SES-də aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra aqreqatların istehsal gücü 60 MVt/saatdan 70 MVt/saata çatdırılıb.

İyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam