Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Bakı metropolitenində hərəkət tam bərpa olunub -YENİLƏNİB


Bütün xətlərdə qatarların hərəkəti qrafikə uyğun həyata keçirilir

Yenixeber.org: Bu gün saat 08:32 dəqiqədən etibarən Bakı Metropoliteninin Bənövşəyi xəttində də qatarların hərəkəti bərpa edilib.

 Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədli deyib.

Onun sözlərinə görə, artıq bütün xətlərdə qatarların hərəkəti qrafikə uyğun həyata keçirilir.


*** 07:34

 Hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləmir və sərnişinləri qəbul etmir.

Bunu Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədli deyib.

"Bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib. Eyni zamanda, "Avtovağzal" stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib", - deyə o əlavə edib.

B.Məmmədlinin sözlərinə görə, elektrik enerjisinin verilişi bərpa olunan kimi "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti təmin ediləcək və sərnişinlər stansiyaların xidmətindən istifadə edə biləcək.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam