Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qızıl mədəninin əməkdaşları etiraz aksiyası keçiriblər-Ermənistanda


Onlar hökumətdən normal iş rejiminin yaradılması üçün tədbirin görülməsini tələb ediblər

 Ermənistanda “Lydian International” dağ-mədən şirkətinin əməkdaşları hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.

Yenixeber.org: “Sputnik” xəbər verir ki, onlar hökumətdən normal iş rejiminin yaradılması üçün tədbirin görülməsini tələb ediblər.

“Lydian International” şirkətinin əməkdaşları onların işinə mane olmamağı istəyiblər. Şirkət əməkdaşları əllərində “Amulsar əməkdaşları-ən yaxşı ekoloqlar!” şüarı tutublar. Şirkət nümayəndəsi isə bildirib ki, yerli sakinlərin etirazı müəyyən qüvvələr tərəfindən təşkil olunan sabotajdır. 

Qeyd edək ki, bu yataq ABŞ-ın “Lydian International" şirkəti tərəfindən istismar olunur. Amulsar qızıl mədəni Ermənistanda xalis qızıl ehtiyatına görə ikinci yerdədir. Orada 31 milyon ton filiz və 40 ton xalis qızıl olduğu ehtimal edilir. Yataq Cermuk şəhərindən 13 km aralıda, Ermənistanın cənub-şərqində, Arpa və Bərguşad (ermənilər Vorotan deyir) çayları arasında yerləşir.

Xatırladaq ki, bu il iyunun əvvəlində Ermənistanda Cermuk kurort şəhərinin sakinləri, ictimai fəallar Amulsar qızıl yatağının bağlanması tələbi ilə aksiya keçiriblər. Onlar mədənə gedən yolları bağlayıblar və hökumətdən məsələ ilə bağlı dəqiq cavab alanadək ərazidən çəkilməyəcəklərini bildiriblər.

Qndevaz kəndinin sakinləri içməli suyun çirkləndiyini, onun içilməsinin mümkün olmadığını görüblər. Ona görə də Cermukdan olan ictimai fəallar qızıl mədəninin bağlanması tələbi ilə çıxış edən kənd sakinlərini dəstəkləyirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam