Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sarkisyana qarşı cinayət işi açıldı

Sarkisyanın qardaşına qarşı cinayət işi açıldı
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sarkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırırlar.
Yenixeber.org: Bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinin bəyanatında deyilir.

“Narek Sarkisyanın mənzilində aparılan axtarış zamanı onun atası Levon Sarkisyanın adına 6,8 milyon ABŞ dollar məbləğində bank depozit sənədləri aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq, Levon Sarkisyan xüsusi tapşırıqlar üzrə səfir kimi bu məbləği bəyannamədə göstərməyib”, - məlumatda qeyd olunur.

Bəyanatda, həmçinin bildirilir ki, L.Sarkisyanın övladları da bəyannamələrində yuxarıda qeyd olunun məbləği göstərməyiblər. Faktla bağlı Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində cinayət işi açılıb.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ildə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib. (APA)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam