Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Türkiyədə müalicə alan hərbçimiz Bakıya gətirildi

 

72732

Ermənilərin diversiya-təxribat cəhdinin qarşısını alarkən yaralanan hərbçilərdən biri müalicə olunduğu Türkiyədən Bakıya gətirilib

    "Xeberinfo.com": Əsgər Elvin Əsgərov: “İndi özümü yaxşı hiss edirəm. Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən biri Əsgərov Elvin Mayıl oğlu bu gün Bakıya gətirilib. APA-nın məlumatına görə, Türkiyədə müalicəsi başa çatan Elvin Əsgərovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, əsgərin yaxınları qarşılayıb.

E. Əsgərov hazırda özünü yaxşı hiss etdiyini bildirib: “Türkiyədə müalicə aldım, indi özümü yaxşı hiss edirəm. Bizə diqqət göstərən hər kəsə, xüsusən prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Mən vətənim yolunda yaralanmışam. Bundan sonra lazım olarsa, vətənim üçün canımdan keçməyə hazıram”.

E. Əsgərov müayinələrinin Bakıda davam etdiriləcəyini açıqlayıb.

Qeyd edək ki, düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınmışdı.

Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürmüşdü.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam